logo

Bakıda Misirin milli bayramı münasibətilə ziyatət verilib

20:59 10-07-2019 | icon 2982
Bakıda Misirin milli bayramı münasibətilə ziyatət verilib

İyulun 10-da Bakıda "Fairmount" mehmanxanasında Misirin milli bayramı münasibətilə rəsmi ziyafət təşkil olunub. 

 YeniAvropa xəbər verir  ki, tədbirdə Bakıda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib.

Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim tədbirdə çıxış edərək deyib ki, Azərbaycan-Misir dostluğu möhkəm təməllər üzərində qurulub.

Ölkəsinin müstəqillik tarixindən söz açan diplomat Misirlə Azərbaycan arasında müxtəlif sahələrdə sıx dostluq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov milli bayram münasibətilə Misir xalqını təbrik edib. O bildirib ki, Azərbaycan ilə Misir arasında güclü dostluq əlaqələri mövcuddur və əlaqələrin inkişaf potensialı çox böyükdür.

Ziyafət Əsgərov yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.