logo

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında ilk oyununu keçirir

15:37 10-07-2019 | icon 3206
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında ilk oyununu keçirir

Ağdamın “Qarabağ” futbol klubu iyulun 10-da UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.

 YeniAvropa xəbər verir  ki,  “Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Qarabağ” “Partizani” matçı “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.