logo

Məktəblilər “Bakcell”in qonağı oldu

13:14 10-07-2019 | icon 2765
Məktəblilər “Bakcell”in qonağı oldu

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkətinin ofisində“Dərs Evi” tədris mərkəzinin keçirdiyi “Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib.

 YeniAvropa xəbər verir  ki, proqramda iştirak edən məktəblilər "Bakcell" şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7x24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib,abunəçilərlə ünsiyyət qaydaları barədə məlumatlandırılıblar.Əlaqə Mərkəzinin əməkdaşları onların çoxsaylı suallarını cavablandırıb.

Şirkətdən verilən məlumatda qeyd edilir ki, yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. "Bakcell" abunəçiləri “555” Əlaqə Mərkəzinə zəng vurmaqla və ya “Mənim Bakcellim” mobil tətbiqetməsindən istifadə etməklə öz mobil nömrələri ilə bağlı bir çox əməliyyatları həyata keçirə bilərlər.

Qey edək ki, məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan “Yaaay!” proqramı çərçivəsindəVIII-XI sinif şagirdləri IT, incəsənət, səhiyyə, mühəndislik, təhsil, aqro-biznes, maliyyə, nəqliyyat, telekommunikasiya, inşaat, turizm və otelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər edib, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınamaq imkanı əldə edirlər.