logo

Gürcüstan parlamentinin binası qarşısında yenidən aksiya keçirilir

23:07 09-07-2019 | icon 2555
Gürcüstan parlamentinin binası qarşısında yenidən aksiya keçirilir

Tbilisidə parlamentin binası qarşısında növbəti aksiya keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, artıq 20-ci gündür davam edən aksiyanın tələbi dəyişməyib. Aksiya iştirakçıları daxili işlər naziri Giorgi Qaxariyanın istefasını tələb edirlər.

Bugünkü aksiyada az kütləvilik müşahidə olunur.

Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.