logo

Qurban Qurbanov: Səfərdə qələbə qazanmaq istəyirik

21:50 09-07-2019 | icon 3094
Qurban Qurbanov: Səfərdə qələbə qazanmaq istəyirik

Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq və bilirik ki, azarkeşləri komandalarını sonadək dəstəkləyir. Rəqib futbolçular çox xarakterlidirlər. Rəqibin baş məşqçisi, oyun sistemi yenidir. Biz rəqibdən sürprizlər gözləyirik və buna hazır olmalıyıq.

YeniAvropa xəbər verir  ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubu ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcısı bildirib: “Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil. Dünya futbolunda hər şey mümkündür, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik. Amma sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.

Klubun albaniyalı sabiq müdafiəçisi Ansi Aqolli barədə danışan baş məşqçi deyib: “Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi həmişə arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".