logo

65 fransız şirkətinin rəhbəri Azərbaycanda səfərdədir

18:55 09-07-2019 | icon 2807
65 fransız şirkətinin rəhbəri Azərbaycanda səfərdədir

Fransanın Sahibkarlar Təşkilatının(MEDEF) prezidenti Jefrua Ru do Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir  ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, nümayəndə heyətinin tərkibinə 65 fransız şirkətinin rəhbərləri daxildir. 

Səfər çərçivəsində fransalı sahibkarlar Bakıda bir sıra işgüzar görüşlər keçirəcəklər.

Həmçinin, iyulun 10-da nümayəndə heyətinin Fransız-Azərbaycan Universitetində (UFAZ) üç anlaşma memorandumlarını  imzalanması planlaşdırılıb.

İmzalanma mərasimindən sonra  Jefrua Ru do Beziö Azərbaycan gəncliyin nümayəndələri - tələbələr və Fransa -Azərbaycan məzunları ilə görüşəcək..

Qeyd edək ki, tədbir  saat 13.30-da Nizami küçəsi 183 ünvanında yerləşən UFAZ-da keçiriləcək.