logo

Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb

17:08 09-07-2019 | icon 2492
Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb

Gürcüstan milli valyutası GEL (lari) kəskin ucuzlaşıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Gürcüstan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 1 ABŞ dolları 2,83 lari müəyyən edilsə də kommersiya bankları 1 dolları 2,97 lariyə satırlar. Ölkədə digər valyutalar da bahalaşıb. Hazırda 1 avro 3,39 GEL-ə dəyişdirilir.

İqtisadçılar hesab edirlər ki, milli valyutanın ucuzlaşması ölkədə kəskin bahalaşmaya və iqtisadi tənəzzülə səbəb olacaq.