logo

Hacıqabulda ağır yol qəzası baş verib

15:22 09-07-2019 | icon 3752
Hacıqabulda ağır yol qəzası baş verib

Hacıqabulda baş verən ağır yol qəzasında sürücü ölüb.

 YeniAvropa xəbər verir  ki, hadisə rayonun Padar kəndi ərazisində qeydə alınıb. 32 BD 290 dövlət nömrə nişanlı “KAMAZ” markalı avtomobil eyni yolda hərəkətdə olan 20 BK 838 dövlət nömrə nişanlı qoşqulu “MAZ” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində “KAMAZ”-ın sürücüsü, Gəncə şəhər sakini Fikrət Ağayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.