logo

Masallıda ağır yol qəzasında 8 nəfər öldü

09:51 09-07-2019 | icon 3612
Masallıda ağır yol qəzasında 8 nəfər öldü

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki,  yük maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı Masallı rayon xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məlumata görə ölənlərin biri körpə, 2-si azyaşlı, 1-i qadın, 4-ü kişidir.

 

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib. Bildirib ki, hadisə zamanı xəsarət alan qadın hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.

“KamAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.

İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.