logo

"Qalatasaray" Terimlə yeni müqavilə imzaladı

22:30 08-07-2019 | icon 2779
"Qalatasaray" Terimlə yeni müqavilə imzaladı

Türkiyənin "Qalatasaray" futbol klubu baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb. 

 YeniAvropa  klubun saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacağı bildirilib.

 Qeyd edək ki, F.Terim 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.