Yekaterinburqda Azərbaycan-Rusiya sənədləri imzalanıb
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərov və digər şəxslər iştirak ediblər.
Nümayəndə heyətini salamlayan D.Manturov Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Nazir bir sıra sahələrdə, o cümlədən sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıqda müsbət dinamikanı qeyd edərək bu istiqamətdə işlərin davam etdirilməsinin, müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. D.Manturov X “Innoprom” sərgisi barədə ətraflı məlumat verib, tərəfdaş ölkə kimi Türkiyənin iştirakını, gələn il isə tərəfdaş ölkənin İtaliya olacağını bildirib. Rusiyalı nazir Azərbaycan tərəfini bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək “Neva” gəmiçilik sərgisinə dəvət edib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat naziri Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Ş.Mustafayev Rusiya ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini deyib.
Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Belə layihələrdən olan Pirallahı Sənaye Parkında “R-Farm” əczaçılıq müəssisəsinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. X “Innoprom” sərgisinə dəvətə görə minnətdarlıq edən nazir sərginin əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi üçün əlverişli platforma olduğunu bildirib.
Görüşdə sənaye, o cümlədən neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və sair məsələlər müzakirə olunub.
Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu və “KamAZ” ASC arasında ehtiyat hissələrinin tədarükünə dair müqavilə, “ATEF” şirkətlər qrupu və “Sinara Qrup” SC arasında anlaşma memorandumu, AZPROMO və “Qazprombank” SC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Yekaterinburqa səfəri zamanı Azərbaycan nümayəndə heyəti X “Innoprom” beynəlxalq sənaye sərgisində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.
2010-cu ildən etibarən hər il keçirilən “Innoprom” sərgisi Rusiyanın əsas sənaye, ticarət və ixrac platformalarındandır. Sərginin ziyarətçilərinin böyük əksəriyyətini istehsalda yeni texnologiyaların tətbiqində maraqlı olan alıcılar və mütəxəssislər təşkil edir. Hər il sərgiyə dünyanın müxtəlif ölkələrindən 45 mindən çox ziyarətçi gəlir.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb