logo

"Partizani" - "Qarabağ" oyunu canlı yayımlanacaq

18:19 08-07-2019 | icon 2947
"Partizani" - "Qarabağ" oyunu canlı yayımlanacaq

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Albaniyada "Partizani" a qarşı  keçirəcəyi ilk oyunu canlı yayımlanacaq.

YeniAvropa xəbər verir  ki, futbolsevərlər qarşılaşmanı “CBC Sport” telekanal vasitəsilə seyr edəcəklər.  İyulun 10-da Tiranadakı "Selman Stermasi" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xatırladq ki, bu komandalar arasındakı cavab görüşü Bakıda,  iyulun 17-də "Dalğa Arena"da təşkil olunacaq. Matç saat 21:00-da başlayacaq.