logo

Yunanıstan prezidenti  müxalifət partiyasına hökuməti formalaşdırmaq üçün mandat verib

16:10 08-07-2019 | icon 2639
Yunanıstan prezidenti  müxalifət partiyasına hökuməti formalaşdırmaq üçün mandat verib

Yunanıstan prezidenti Prokopis Pavlopulos parlament seçkilərində qalib gəlmiş müxalifətçi "Yeni Demokratiya" partiyasının lideri Kiriakos Mitsotakisə hökuməti formalaşdırmaq üçün mandat verib.

 YeniAvropa Afinanın "АМНА" agentliyinə istinadla xəbər verir ki, prezident Mitsotakisə telefonla zəng edərək, onu parlament seçkilərində qələbə münasibətilə təbrik edib və  hökuməti formalaşdırmağı tapşırıb. 

Xatırladaq ki, ötən gün ,iyulun 7-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində müxalif Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası 300 yerlik birpalatalı parlamentdə 158 yer qazanıb.  Aleksis Tsiprasın rəhbərlik etdiyi radikal solçuların hakim “SİRİZA” koalisiyası isə 86 deputat mandatı əldə edərək ikinci yeri tutub.