logo

II və III qrupları üzrə imtahanın nəticələri yaxın günlərdə elan ediləcək

13:15 08-07-2019 | icon 5628
II və III qrupları üzrə imtahanın nəticələri yaxın günlərdə elan ediləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) artıq Mərkəzin saytında yerləşdirilib. 

YeniAvropa xəbər verir  ki, bu barədə DİM-dən bildirilib. Qeyd edilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Abituriyentlər  cavablarla  http://dim.gov.az/upload/iblock/d03/d03e27845e6dcf744edfac135d7f3e42.pdf

keçidindən tanış ola bilərlər.

Xatırladaq ki, respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə 28 mindən çox abituriyent iştirak edib.