logo

İlham Əliyev modul tipli 22 məktəb üçün 6,87 milyon manat ayırdı

19:41 02-02-2018 | icon 3920
İlham Əliyev modul tipli 22 məktəb üçün 6,87 milyon manat ayırdı

Prezident İlham Əliyev fevralın 2-də “Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. YeniAvropa xəbər verir  ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon 870 min manatı Təhsil Nazirliyinə ayrılıb.