logo

İndoneziyada 7,1 bal gücündə zəlzələ olub

11:49 08-07-2019 | icon 2499
İndoneziyada 7,1 bal gücündə zəlzələ olub

İyulun 8-də səhər saatlarında İndoneziyanın şərqində Rixter cədvəli üzrə 7,1 bal gücündə zəlzələ baş verib.

 YeniAvropa "Reuters" agentliyinə istinadla xəbər verir ki, zəlzələ ölkənin Şimali Maluku əyalətində olub. Zəlzələdən sonra fövqəladə sunami təhlükəsi elan edilib. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin saytında sunami ehtimalının yüksək olduğu bildirilib. Qeyd olunub ki, yeraltı təkanların episentri Ternate şəhərindən 136 kilometrlik məsafədədir.

Xatırladaq ki, İndoneziyada ən böyük zəlzələ fəlakəti 2004-ci il dekabrın 26-da baş vermişdi. Həmin yeraltı təkanlar və sunami nəticəsində 200 min insan həyatını itirmişdi.