logo

Rusiya prezidentini söyən “Rustavi 2” telekanalı fəaliyyətini dayandırıb

11:10 08-07-2019 | icon 3010
Rusiya prezidentini söyən “Rustavi 2” telekanalı fəaliyyətini dayandırıb

Gürcüstanın “Rustavi 2” televiziya kanalı yayımını müvəqqəti dayandırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, kanalın aparıcısı Georgi Qabuniyanın müəllifi olduğu “P.S.” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətməsi yerli əhalinin kəskin etirazına səbəb olub. Yüzlərlə yerli sakin telekanalın binası qarşısında toplaşıb narazılıqlarını bildirib. Onlar binaya yumurta və şüşə qablar atıb, telejurnalistin işdən qovulmasını tələb ediblər.

Telekanalın baş direktoru Nika Qvaramiya canlı yayımda çıxış edərək bildirib ki, telekanalın təhlükəsizliyi təmin olunana qədər yayım dayandırılıb. Aparıcının nalayiq sözlərinə görə rəsmi şəkildə üzrxahlıq da edib.

Qeyd edək ki, G.Qabuniyanın çıxışına prezident Salome Zurabişvili, baş nazir Mamuka Baxtadze münasibət bildiriblər. Ölkə rəsmiləri teleaparıcının hərəkətini pisləyib və onun çıxışını təxribat adlandırıblar.