logo

Nizami rayonunda mağazada yanğın baş verib

10:56 08-07-2019 | icon 3822
Nizami rayonunda mağazada yanğın baş verib

Bakının Nizami rayonunda ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli mağazada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində mağazanın mansardası, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 kvadratmetr sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.