logo

Rusiya təyyarələri Tbilisidən sonuncu aviareyslərini həyata keçirib

09:21 08-07-2019 | icon 2527
Rusiya təyyarələri Tbilisidən sonuncu aviareyslərini həyata keçirib

Rusiya aviaşirkətlərinə məxsus sərnişin təyyarələri prezident Vladimir Putinin fərmanı ilə tətbiq edilmiş qadağa səbəbindən Gürcüstanın paytaxtı Tbilisidən Rusiya ərazisinə sonuncu reyslərini həyata keçirib.

 YeniAvropa  "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, iki ölkə arasında birbaşa reysləri altı Rusiya və iki Gürcüstan aviaşirkətləri həyata keçirirdi. Tbilisi hava limanından son iki Rusiya aviaşirkətlərinə məxsus təyyarə ötən gün yerli vaxtla saat 19:00 və 19:55-də uçub.