logo

Tbilisidə müxalifət etiraz aksiyası keçirir

22:31 07-07-2019 | icon 2233
Tbilisidə müxalifət etiraz aksiyası keçirir

Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə yenidən aksiya başlayıb.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sayca 18-ci aksiyadır. Bu gün aksiyada yazıçı və şairlərin çıxışları olub.

Hazırda parlament binası qarşısında minə yaxın iştirakçı var və onların sayı artır.

Təşkilatçılar tələbləri yerinə yetirilməyənə qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.

Təhlükəsizlik baxımından mərkəzi Rustaveli prospekti bağlanıb.