logo

İmtahandan sonra DİM canlı yayımda düzgün cavabları deyəcək

11:50 07-07-2019 | icon 875
İmtahandan sonra DİM canlı yayımda düzgün cavabları deyəcək

Xəbər verdiyimiz kimi, bu gün, iyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.

DİM-dən YeniAvropa-ya bildirilib ki, imtahanlar bitəndən sonra,  saat 16:00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.