logo

Gürcüstan paytaxtında növbəti etiraz aksiyası keçirilir

19:41 06-07-2019 | icon 2863
Gürcüstan paytaxtında növbəti etiraz aksiyası keçirilir

İyulun 6-da Tbilisidə parlament binası qarşısında növbəti aksiya başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 17 gündür davam edən mitinqdə tələb yenə də dəyişməyib. Narazı kütlə daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edir.

Aksiyaya müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının liderləri və tərəfdarları da qoşulub. Təşkilatçıların sözlərinə görə, aksiya hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru “Azadlıq yürüşü” ilə davam etdiriləcək.

Aksiyada kütləvilik müşahidə olunur. Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.