logo

Dünya kuboku yarışlarında iki şahmatçımız iştirak edəcək

21:49 05-07-2019 | icon 3136
Dünya kuboku yarışlarında iki şahmatçımız iştirak edəcək

Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək şahmat üzrə dünya kubokunda Azərbaycanı təmsil edəcək zəka ustaları müəyyənləşib.

YeniAvropa  Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadla xəbər verir ki, bu nüfuzlu yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaqlar. Digər təmsilçimiz Arkadi Naydiç isə ehtiyat oyunçu kimi heyətdə yer alacaq.

Qeyd edək ki, dünya kuboku yarışları sentyabrın 9-dan oktyabrın 4-dək davam edəcək. Yarışda 128 şahmatçı mübarizə aparacaq. Turnirdə ən yaxşı nəticə göstərəcək iki qrossmeyster 2020-ci ildə keçiriləcək dünya çempionu titulu uğrunda iddiaçılar turnirinə vəsiqə qazanacaq.