logo

Belarus prezidentinin sabiq köməkçisinə 12 il həbs cəzası verilib

16:51 05-07-2019 | icon 2618
Belarus prezidentinin sabiq köməkçisinə 12 il həbs cəzası verilib

Belarus Ali məhkəməsi ölkə prezidentinin Qrodno vilayəti üzrə sabiq köməkçisi Sergey Rovneykonu böyük məbləğdə rüşvət almaq ittihamı ilə 12 il həbs cəzasına məhkum edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə məlumat Belarus Ali məhkəməsinin saytında yerləşdirilib. Məlumatda bildirilir ki, məhkəmə prosesi qapalı rejimdə keçirilib. Sabiq məmur bütün əmlakı müsadirə olunmaqla, gücləndirilmiş rejimli islah koloniyasında 12 il həbs cəzası çəkəcək.

Eyni cinayət işi ilə əlaqədar “Western Technologies” məhdud məsuliyyətli cəmiyyətin baş direktoru və Belarus Boks Federasiyasının sədri Dimitri Tixomolov da iki il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prezident Aleksandr Lukaşenkonun sabiq köməkçisi 2018-ci ilin may ayında 200 min dollar məbləğində rüşvət alarkən tutulmuşdu.