logo

Ukrayna baş prokurorluğu Viktor Yuşşenkonun əmlakına həbs qoyacaq

16:10 05-07-2019 | icon 3843
Ukrayna baş prokurorluğu Viktor Yuşşenkonun əmlakına həbs qoyacaq

Ukraynanın baş prokurorluğu ölkənin keçmiş prezidenti Viktor Yuşşenkoya məxsus əmlakı həbs etmək üçün məhkəməyə ərizə verib.  YeniAvropa  "UKRİNFORM"a istinadla xəbər verir ki, bu barədə baş prokurorluğun Xüsusi araşdırma şöbəsinin rəhbəri Sergey Gorbatyuk məlumat verib. O bildirib ki, bu işə baxılması üçün məhkəmə vaxtı hələ təyin edilməyib.

Qeyd edək ki, baş prokurorluq 2007-ci ildə dövlət mülkiyyətindən çıxarılmış “Mejiqorye” iqamətgahı məsələsində Viktor Yusşenkonu sui-istifadə və əmlakın mənimsənilməsində ittiham edir. Yuşşenko isə bu ittihamları rədd edir.

Xatırladaq ki, Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukraynanın prezidenti olub.