logo

Vüqar Əzimov növbəti dəfə dünya çempionu olub

12:29 05-07-2019 | icon 3017
Vüqar Əzimov növbəti dəfə dünya çempionu olub

Antalyada döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib.

 YeniAvropa xəbər verir  ki, dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.

On dörd ölkədən idmançıların qatıldığı mundialda 90 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı V.Əzimov qızıl medal qazanıb. Təmsilçimiz Qazaxıstan, Rusiya və Özbəkistandan olan rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.