Baham adalarından Florida ştatının Fort-Loderdeyl şəhərinə uçan helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş 7 nəfərin arasında ABŞ milyarderi Kris Klayn də olub.
YeniAvropa xəbər verir ki,bu barədə ABŞ-ın “Metro News” portalı məlumat yayıb. Qeyd edilib ki, həlak olanların hamısı ABŞ vətəndaşlarıdır.
Kris Klayn ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. “Forbes”in məlumatına görə, onun sərvəi 1,8 milyard dollar qiymətləndirilir.