logo

Bu günə olan Dubay-Bakı aviareysi ləğv edildi

12:49 04-07-2019 | icon 2751
Bu günə olan Dubay-Bakı aviareysi ləğv edildi

İyulun 4-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

 YeniAvropa Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 14:45-də “FZ 707” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.

Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 15:40-da Bakıdan Dubaya istiqamətində “FZ 708” saylı aviareysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.