logo

“Qarabağ” braziliyalı futbolçunu transfer edib

11:08 04-07-2019 | icon 3178
“Qarabağ” braziliyalı futbolçunu transfer edib

“Qarabağ” klubu daha bir futbolçunun transferini başa çatdırıb.

 YeniAvropa  klubun “Facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, sol cinah müdafiəçisi Ailton Ferreyra Silva ilə anlaşma əldə olunub. Müqaviləyə əsasən, Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı futbolçu bir illik icarəyə götürülüb.

Xatırladaq ki, “Qarabağ” futbol klubu bundan əvvəl hücuma meyilli yarımmüdafiəçi Xayme Rodrigesi transfer edib.