logo

Daşkənd miqrantların yaşaması üçün ən ucuz şəhəridir

10:57 04-07-2019 | icon 2835
Daşkənd miqrantların yaşaması üçün ən ucuz şəhəridir

Amerikanın konsaltinq şirkəti “Mercer” miqrantların yaşayışı üçün ən bahalı şəhərlərin siyahısını tərtib edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,  reytinqə daşınmaz əmlakın qiyməti, nəqliyyat, yemək, paltar, ev üçün məhsullar və əyləncəyə xərclənən vəsait göstəriciləri daxil edilib.  Eyni zamanda, mütəxəssislər dolların yerli valyutaya nisbətini də nəzərə alıblar.

Araşdırmanın əsas məqsədi çoxmilli şirkətlərin öz işçilərinə ödəniləcək kompensasiyaların məbləğini öyrənmək üçündür.

Beləliklə, araşdırmaların nəticəsinə görə,  miqrantların yaşayışı üçün  ən bahalı şəhər Honqkonqdur. Bu siyahıda ikinci yerdə Tokiyo, üçüncü yerdə isə Sinqapur gəlir.

Maraqlıdır ki,  bu siyahıda ilk onluğa keçmiş sovet respublikalarının şəhəri də daxil olub. Bu,Türkmənistanın paytaxtı Aşxabad şəhəridir.  Aşqabad həmin siyahıda 7-ci yeri tutub.

Bunun əksinə olaraq, keçmiş sovet respublikalarının  digər bir şəhəri -Daşkənd  həmin siyahıda miqrantların yaşaması üçün ən ucuz şəhər seçilib.