logo

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin 9-cu iclası keçirilib

21:17 03-07-2019 | icon 2646
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin 9-cu iclası keçirilib

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu iclası keçirilib.

 YeniAvropa xəbər verir  ki, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq, ortaq sərmayə qoyuluşuna imkanlarına dair müzakirə aparılıb.

Tədbirdə Şuraya üzv olan dövlətlər arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb, görüşdə aparılan müzakirələrin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.