logo

Azərbaycan-İran əməkdaşlıq imkanları müzakirə edilib

18:49 03-07-2019 | icon 2702
Azərbaycan-İran əməkdaşlıq imkanları müzakirə edilib

İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvləri, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının nümayəndələri İqtisadiyyat Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa -ya bildirilib ki, görüşdə ölkələrimiz arasında, sənaye, ticarət, sahibkarlıq, kənd təsərrüfatı, nəqliyyat-tranzit, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

İranlı deputatlar iyulun 4-də Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.