logo

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

17:15 03-07-2019 | icon 2548
Gürcüstanda yanacağın qiyməti bahalaşıb

Gürcüstan milli valyutası olan larinin ABŞ dolları və digər valyutalar qarşısında ucuzlaşması yanacağın qiymətinin artmasına səbəb olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətində artım müşahidə olunur.

Bu gün “Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri arasında artıb.

Ekspertlərin fikrincə, qiymət artımı davam edəcək. Bu, təbii qaz və elektrik enerjisinin də qiymətlərinin bahalaşmasına səbəb olacaq.