logo

İqtisad Universitetinin binasında yanğın baş verib

10:31 03-07-2019 | icon 3311
İqtisad Universitetinin binasında yanğın baş verib

Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 kvadratmetr olan otaqda rəflər, sənədlər 15 kvadratmetr sahədə, 1 ədəd kondisioner və 4 kompüter yanıb. Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.