logo

Bakıda Fransız-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyi sərgisi keçiriləcək

17:52 02-07-2019 | icon 5474
Bakıda Fransız-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyi sərgisi keçiriləcək

İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində "Fransız - Azərbaycan arxeoloji qazıntılarının 10 illiyi" adlı sərgi təşkil olunacaq. 

YeniAvropa xəbər verir  ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, sərgi Tovuz/Ağstafa, Lərkəran/Lerik və Naxçıvanda aparılan arxeoloji qazıntılara həsr olunub. 

Sərgi Azərbaycanın Mədəniyyət Nazirliyiini Fransanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı sayəsində təşkil olunub. 

Sərginin açılışı saat 19.00-da baş tutacaq.