logo

İran Ticarət Palatasının baş katibi Azərbaycanda səfərdədir

17:10 02-07-2019 | icon 2765
İran Ticarət Palatasının baş katibi Azərbaycanda səfərdədir

İyulun 2-də İran Ticarət Palatasının baş katibi Əlireza Əşrəfin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. 

YeniAvropa xəbər verir  ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi  Seyid Əli Musəvi məlumat verib. Onun sözlərinə görə,  nümayəndə heyətinin tərkibinə İran Parlamentinin Proqram və Büdcə Komissiyasının rəhbərliyi altında İslami Şura Məclisinin 5  üzvü yer alıb.

İranlı nümayəndə heyətinin sabah səhər saatlarında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutlub. Daha sonra qonaqlar  "Ələt" Beynəlxalq Dəniz Limanına səfər edəcəklər.

İyulun 3-də İran nümayəndə heyətinin həmçinin Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovla da görüşü planlaşdırılıb.