logo

Hərəkətdə olan elektrovoz yandı

15:08 02-07-2019 | icon 3724
Hərəkətdə olan elektrovoz yandı

Hacıqabul rayonunun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində elektrovozun mühərriki və kabinə hissəsi 40 kvadratmetr sahədə yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.