logo

Pərviz Şahbazov Vyanada OPEC nazirlərinin görüşündə iştirak edir

13:15 02-07-2019 | icon 2646
Pərviz Şahbazov Vyanada OPEC nazirlərinin görüşündə iştirak edir

Avstriyanın paytaxtı Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 6-cı görüşü keçirilir.

YeniAvropa xəbər verir  ki,  görüşdə iyulun 1-də keçirilmiş “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci toplantısında tövsiyə olunan və OPEC Nazirlər Şurasının 176-cı iclasında qərarlaşdırılan OPEC-ə üzv və qeyri-OPEC ölkələrlə əldə edilən neft istehsalının azaldılmasına dair sazişin müddəti daha 9 ay uzadılması əsas müzakirə mövzusu olacaq.

İclasda ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edir.

Xatırladaq ki, dünən OPEC və bəzi qeyri-OPEC ölkələri ilə əldə olunan neft hasilatının azaldılmasını nəzərə tutan sazişin müddətinin 9 ay uzadılması barədə qərar qəbul edilib. Qərar 2020-ci il martın 31-dək qüvvədə olacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunmuşdu. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulmuşdu.