logo

Ötən il Azərbaycan-Hindistanın ticarət dövriyyəsi 930 milyon dollar olub

16:52 01-07-2019 | icon 2387
Ötən il Azərbaycan-Hindistanın ticarət dövriyyəsi 930 milyon dollar olub

2018-ci ildə  Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi 930 milyon dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə  Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna iyulun 1-də Bakıda keçirilən Azərbaycan-Hindistan biznes forumunda çıxışı zamanı deyib.

“Ticarət dövriyyəsinin 720 milyon dolları Azərbaycanın Hindistandan idxalı hesabına formalaşıb. Biz iqtisadi münasibətlərin daha da genişləndirilməsində maraqlıyıq”, – deyə səfir vurğulayıb.