logo

Asiman Qurbanlı "Minsk-2019"un  bağlanış mərasiminin bayraqdarı olacaq

21:16 30-06-2019 | icon 3143
Asiman Qurbanlı "Minsk-2019"un  bağlanış mərasiminin bayraqdarı olacaq

Minskdə II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

 YeniAvropa xəbər verir  ki, gənclər və idman naziri Azad Rəhimov bugünkü tədbirdə iştirakçı ölkələrin keçidi zamanı Azərbaycan bayrağını karateçi Asiman Qurbanlının daşıyacağını bildirib. İdmançımız ötən gün 84 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

Azərbaycan isə ümumilikdə II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.