logo

Bakıda Bülbülün 120 illiyinə həsr edilən musiqi festivalı keçirilir

20:01 18-12-2017 | icon 4074
Bakıda Bülbülün 120 illiyinə həsr edilən musiqi festivalı keçirilir

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, Xalq artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” musiqi festivalına start verilib.

Konservatoriyadan verilən məlumatda bildirilir ki, təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi festival iştirakçılarını təbrik edib və onlara iki gün davam edəcək müsabiqədə uğurlar arzulayıb.

Festivalın ikinci günündə 100-dək iştirakçının ifası dinləniləcək.