logo

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

11:48 30-06-2019 | icon 3948
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.

DİM-dən  YeniAvropa-ya bildirilib ki, imtahan Bakı şəhərində təşkil olunub.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edəcək. İmtahanların idarə olunmasında 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 6 bina nümayəndəsi iştirak edir.