Isveçrə-Azərbaycan biznes forumu keçirilib
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində İsveçrə-Azərbaycan biznes forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, “Cənubi Qafqaz bazarları - MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda təşkil olunan tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və sair sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Biznes forumda çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova və İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin nümayəndəsi Toni More Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıblar.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq sahəsində aparılan islahatlar, biznes və investisiya mühiti barədə məlumat verib, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.
Biznes forumda İqtisadiyyat Nazırliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, “Azərtelekom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, Dövlət Turizm Agentliyinin şöbə müdiri Cəmilə Talıbzadə, “Alliance Logistics”in direktoru Natiq Heydərov, “Socar Polymer” MMC-nin baş direktorunun müavini Məmmədəli Hüseynov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı təqdimatla çıxış ediblər.
İsveçrəyə səfər çərçivəsində AZPROMO və Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət, investisiya, iqtisadi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda tərəflər arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı dəstək, təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, yeni əlaqələrin yaradılması və sair məsələlər nəzərdə tutulub.
Qeyd edilib ki, İsveçrənin Turqau Kantonunun Ticarət və Sənaye Palatası 600-dən çox yerli şirkəti özündə birləşdirir və sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlara müxtəlif xidmətlər göstərir.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb