logo

Azərbaycan daha bir neçə məkanı UNESKO-nun Dünya İrs Siyahısına salmağa çalışır

21:20 27-06-2019 | icon 4851
Azərbaycan daha bir neçə məkanı UNESKO-nun Dünya İrs Siyahısına salmağa çalışır

Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrsi Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur. YeniAvropa xəbər verir  ki, bu sözləri  mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda Şəkinin Xan Sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət həllini tapacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Əbülfəs Qarayev, həmçinin qeyd edib ki, Hirkan Milli Parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.