logo

MDB ölkələrinin ilk idman oyunları Kazanda keçiriləcək

20:55 27-06-2019 | icon 3136
MDB ölkələrinin ilk idman oyunları Kazanda keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunları 2020-ci ilin avqustunda Kazanda keçiriləcək.

 YeniAvropa “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə məlumatı Tatarıstan İdman Nazirliyindən bildiriblər. Yarışlar 2020-ci il avqustun 20-27-də keçiriləcək.

Tatarıstanın İdman naziri Vladimir Leonovun sözlərinə görə, yarışların keçirilməsi təşəbbüsü RF İdman Nazirliyinə məxsusdur. O əmin olduğunu bildirib ki, oyunlara MDB ölkələrindən güclü idmançılar cəlb etmək mümkün olacaq. Oyunlar Kazanda keçiriləndən sonra ənənəvi olacaq və hər iki ildən bir MDB ölkələrindən birində keçiriləcək.

MDB ölkələri oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də oyunlara dəvət edə bilər. Gözlənildiyinə görə, Kazan 2 mindən çox idmançı və 600 rəsmi şəxsi qəbul edəcək.

Tatarıstan paytaxtının 11 obyektində idmanın 19 növü üzrə yarışlar keçiriləcək. İdmançılar cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armsterlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol (3x3) kimi idman növlərində yarışacaqlar. Bundan əlavə, turnir çərçivəsində “MDB forumu – idman ərazisi” işgüzar proqramı işə salınacaq.