logo

Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək

17:47 27-06-2019 | icon 3024
Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək

İyunun 28-də Bakıda “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, forumda Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və investisiya imkanları, icbari sığorta bazarı, sığortalıların imkanlarının və hüquqlarının genişləndirilməsi, tibbi sığorta sahəsində dayanıqlı ekosistemin qurulması, Azərbaycanda sığorta təminatının təkmilləşdirilməsi, o cümlədən sığorta bazarında rəqəmsal texnologiyaların tətbiqi və digər mövzular üzrə ətraflı məlumatlar təqdim olunacaq, panel müzakirələr aparılacaq.

Forum çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Bununla yanaşı, İcbari Sığorta Bürosu tərəfindən sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatı keçiriləcək.