logo

Avstraliya və İndoneziya yenidən futbol üzrə dünya çempionatı keçirilmək istəyirlər

13:13 27-06-2019 | icon 3010
Avstraliya və İndoneziya yenidən futbol üzrə dünya çempionatı keçirilmək istəyirlər

Avstraliya Futbol Federasiyasının (AFF) nümayəndə heyəti İndoneziya Futbol Assosiasiyasının (İFA) nümayəndələri ilə 2034-cü ilin dünya çempionatının keçirilməsi üçün birgə müraciətin verilməsi imkanlarını müzakirə edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə ”Reuters” agentliyi məlumatı yayıb.

AFF-nin bəyanatında deyilir: “Biz təsdiq edirik ki, 2034-cü ilin dünya çempionatına birgə müraciət barədə İFA ilə danışıqlar aparmışıq. Bu məsələni Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası - ACEAN ölkələrinin Futbol Assosiasiyasının ötən həftə Laosda keçirilən görüşündə İndoneziya tərəfi ilə də müzakirə etmişik”.

Xatırladaq ki, İndoneziyanın da daxil olduğu ACEAN ölkələrinin liderləri daha əvvəl  hələ 2014-cü ilin dünya çempionatının keçirilməsinə birgə sifariş hazırlamaq arzusunda olduqlarını bildirmişdilər.