logo

Paytaxtda  mebel sexi yandı

10:57 27-06-2019 | icon 3745
Paytaxtda  mebel sexi yandı

Nəsimi rayonunda hər mərtəbəsi 630 kvadratmetr olan üçmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində binanın mebel sexi kimi fəaliyyət göstərən 2-ci və 3-cü mərtəbəsində 230 kvadratmetr sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.