logo

Berndə İsveçrə-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək

21:51 25-06-2019 | icon 2625
Berndə İsveçrə-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək

İyunun 27-29-da iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfərə gedəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.