logo

2018-ci ildə İran-Azərbaycan ticarət dövriyyəsi 417 milyon dollara çatıb

20:38 25-06-2019 | icon 2632
2018-ci ildə İran-Azərbaycan ticarət dövriyyəsi 417 milyon dollara çatıb

Ötən ildə İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 417 milyon dollar təşkil edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu sözləri İran-Azərbaycan birgə ticarət palatasının katibi Hüseyn İrani deyib.

O bildirib ki, İran qonşu dövlətlər ilə iqtisadi əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verir. İran ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin yaxınlığı iqtisadi əməkdaşlıq əlaqələrinin də genişlənməsinə səbəb olub.

H.İrani nəzərə çatdırıb ki, 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı dövlətlər arasında 11 sənəd imzalanıb. Bu sənədlər, sadəcə olaraq, kağız üzərində qalmayıb. Azərbaycan prezidentinin səyləri nəticəsində imzalanan sənədlərin icrasına başlanılıb. Artıq avtomobil istehsalı sahəsi işə düşüb və əczaçılıq sahəsində də birgə layihə həyata keçirilir.